18 mart 2026. Çərşənbə

Daha dörd komandaya texniki məğlubiyyət verildi


Daha dörd komandaya texniki məğlubiyyət verildi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub
 
Futzal üzrə Yüksək Liqanın 10-cu turunun “Alyans” FK – “Baku Fire” oyununda “Alyans” təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Alyans”a 0:5 hesablı texniki məğlubiyyət verilib.
 
Futzal üzrə Yüksək Liqanın 9-cu turunun U-19  - “Alyans” oyununda “Alyans”ın heyətində ehtiyat qapıçı olmadığına görə futzal oyun qaydalarına müvafiq olaraq, oyunun bərpası mümkünsüz olub. Həmin vaxt U-19 6:1 hesabı ilə öndə olduğu üçün oyunun hesabı olduğu kimi saxlanılıb.
 
Region Liqasında keçirilən VT (Gəncə) – “Qala” (Şəmkir) oyununda VT komandasının heyətində Bünyamin Ələsgərov texniki zona qaydalarını pozub hakimə sərt şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.
 
Region Liqasında keçirilən “Ağsu Siti” – “Füzuli” oyununda “Ağsu Siti”nin heyətində adı protokolda qeyd edilməyən və peşəkar statusu olan Tural Nəsirovun (MOİK) oynamasına görə “Ağsu Siti” klubuna 0:3 hesablı məğlubiyyət verilib.
 
U-16 Liqasında keçirilən “Turan Tovuz” - İFA oyununda “Turan Tovuz”un heyətində Əli Qasımov ciddi qayda pozuntusuna (rəqibə ayaqla zərbə) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.
 
U-14 Liqasında iştirak edən “Xəzri” İK komandası öz xahişi ilə mövsümün qalan hissəsində iştirakdan imtina etdiyinə görə bundan sonra AFFA və PFL-in himayəsi altında keçirilən bütün yarışlardan xaric olunub və iştirak etdiyi oyunların sayı 50%-i keçdiyinə görə, qalan oyunlarda bu komandaya 0:3 hesabı ilə məğlubiyyət verilib.
 
U-11 Liqasında keçirilməli olan “Sumqayıt” FK – “Neftçi” PFK qarşılaşmasında “Sumqayıt” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməyib. Bu səbəbdən “Sumqayıt” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi