18 mart 2026. Çərşənbə

Kəpəz evdə, Sabah səfərdə uduzdu


Kəpəz evdə, Sabah səfərdə uduzdu

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 finalın daha iki ilk oyunu baş tutub. Corner.az xəbər verir ki, günün ilk oyunu Gəncədə keçirilib.

Burada qərb derbisi çərçivəsində “Kəpəz”lə “Turan Tovuz” komandaları qarşılaşıb. Görüşdə hesabı ilk hissədə meydan sahibləri açıblar. Amma Tovuz təmsilçisi ikinci yarıda iki qol vuraraq əzmkar qələbə qazanıb.

Digər oyun isə “Səbail” “Sabah”la münasibətlərinə aydınlıq gətirib. Beş qolun qeydə alındığı bu oyunda isə meydan sahibləri çətin qələbə qazanıb.

Xatırladaq ki, ilk oyun günündə “Zirə” “Neftçi”yə 1:0 hesabıyla qalib gəlibsə, “Qarabağ” – “Qəbələ” matçında qalib müəyyənləşməyib – 2:2.

Azərbaycan kuboku
1/4 finalın ilk oyunları
9 dekabr

“Kəpəz” – “Turan Tovuz” 1:2
Qol: A.Şuaybu, 9 - R.Eva, 52-pen. E.Şahverdiyev, 64.
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusufov, Müslüm Əliyev, Vüqar Həsənli.
Gəncə şəhər stadionu, 14:00.

“Səbail” – “Sabah” 3:2
Qol: L.Kizito, 32. F.Mazurek, 62; 73 - K.Sebalyos, 80. D.Volkov, 90+5.
Qırmızı vərəqə: N.Mehbalıyev, 12.
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Vüsal Məmmədov, Fərid Hacıyev.
Bakı. “ASCO Arena”, 17:00.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi