9 avqust 2026. Bazar günü

Çoxdandır, belə motivasiyalı Səbail görmürdüm


Çoxdandır, belə motivasiyalı Səbail görmürdüm
"Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Səbail”ə qarşı keçirdikləri ilk oyunu şərh edib. Corner.az xəbər verir ki, rusiyalı mütəxəssis 2:3 hesabı ilə məğlub olduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
“Ardııcl iki oyundur ki, kobud səhvlərə yol veririk. Bu da bizi azlıqda buraxır. Öz işimizi çətinləşdiririk. Matçın gedişində dəyişiklik etməyə məcbur qalırıq. Ən yaxşı oyunumuzu oynamadıq. Şadam ki, iki qol vuraraq cavab görüşünə ümidlərimizi saxladıq. Biz başa düşməliyik ki, "Sabah" "Qəbələ"dən, "Neftçi"dən, "Zirə"dən yüksək və aşağı deyil. Biz işimiz və intizamımıza görə yuxarıdayıq. Mexanizmdə bir şrup itirsə, bütün mexanizm itir. Bunlar olmasa, nəticə qazana bilmərik. Çoxdandır ki, bu cür motivasiyalı "Səbail" görməmişdim. Azərbaycanda hər komanda bizə qarşı meydana belə çıxır. Amma heç nə olmaz. Gərək təhlil edək, səhvlərdən nəticə çıxaraq və davam edək. Qorxulu bir şey baş verməyib.
 
“Səbail”ə qalib gəlmək üçün çox işləmək lazımdır. Başqa cür onları məğlub etmək olmaz. Bu gün oyuna pis başladıq. Buna görə də istədiyimiz nəticəni qazana bilmədik. "Səbail"də yaxşı yerli futbolçular və legionerlər var. Onlara qarşı oynamaq çətindir. Üç matçdan ikisini uda bilməmişiksə, öz problemimizdir. Təhlil edəcəyik”.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı