5 noyabr 2026. Cümə axşamı

Son 6 mövsümün rekordu


Son 6 mövsümün rekordu
Azərbaycan kubokunda 1/4 finalın ilk oyunlarında 13 qol vurulub. Corner.az xəbər verir ki, bu, son 6 mövsümün rekordudur.
 
1/4 finalın ilk matçlarında daha çox qolun vurulmasına sonuncu dəfə 2016/17 mövsümündə təsadüf olunub. Həmin vaxt 4 görüşdə 14 qol vurulub.
 
Bu qarşılaşmalar üçün mütləq rekord 2006/07 mövsümündə qeydə alınıb. 1/4 finalın 2007-ci ildə baş tutan ilk oyunlarında 17 qol vurulub.
 
Qeyd edək ki, ötən mövsüm bu rəqəm 8-ə bərabər olub.






Misli Premyer liqa