6 dekabr 2025. Şənbə

Qarabağ'la Sumqayıt səfərdən xalsız döndü


Qarabağ'la Sumqayıt səfərdən xalsız döndü

Futbol üzrə Azərbaycan I Divizionunda XIV tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Şamaxı-2” “Sumqayıt-2” ilə, “Turan Tovuz-2” isə “Qarabağ-2” ilə ev oyununda çətin qələbə qazanıb. “Qaradağ Lökbatan” da səfərdə “Mingəçevir” üzərində qələbəyə sevinib. “Zirə-2” ilə “İmişli” arasındakı oyunda isə qalib müəyyənləşməyib.

I Divizion
XIV tur
10 dekabr

“Şamaxı-2” – “Sumqayıt-2” 2:1
Qol: Abdulla Rzayev, 45. Bəhruz Teymurov, 50 – Cavidan Abbaszadə, 55.
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Mahmud Bağırzadə
Şamaxı şəhər stadionu, 14:00.

“Turan Tovuz-2” – “Qarabağ-2” 3:1
Qol: İzzət Müştaqov, 45. Nazim Həsənzadə, 81; 90+3 – Seyxan Fərəcov, 57.
Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Zakir Şükürzadə, İrşad Aydınov
Tovuz şəhər stadionu, 14:00.

“Mingəçevir” – “Qaradağ Lökbatan” 0:2
Qol: Elnur Cəfərov, 51-pen. Ceyhun Muxtarlı, 57.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Asif Abdullayev, Rəsul Babayev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.

“Zirə-2” – “İmişli” 1:1
Qol: Xəqani Sadıxov, 74 – Bayram Əliyev, 62.
Hakimlər: Namiq Bəkirov, Rasim Axundov, Anar Bədəlov, Tural İbrahimov.
ASK Arena, 15:00.







Misli Premyer liqa

Məhsuldarlıq antirekordu
  • Misli Premyer liqa
  • 10:57 05.12.2025
Məhsuldarlıq antirekordu