6 avqust 2026. Cümə axşamı

Denis Silva Azərbaycandan ayrıldı


Denis Silva Azərbaycandan ayrıldı
Mövsümün sonunda "Keşlə"dən ayrılan Denis Silva Azərbaycanla vidalaşıb.

Corner.az xəbər verir ki, braziliyalı futbolçu Facebook səhifəsində ölkəmizdə keçirdiyi illəri xatırlayıb. Azərbaycan haqda müsbət fikirlər səsləndirən 33 yaşlı futbolçu bu ölkəni unutmayacağını bildirib: "11 ildə yaşadığımız çoxsaylı qələbələr,  söz-söhbətlər, dostluq-düşmənlik üçün hamıya təşəkkür edirəm. Ən əsası bu ölkə üçün nələr etdiyimiz və burda özümüzü evimizdə bilib çox xoşbəxt olmağımızdır. Təəssüf ki, getmək vaxtı çatdı. Bu mərhələ bitdi. Bilmirəm, bizi xatırlayan, darıxan olacaq, ya yox. Amma əmin olun ki, biz həmişə ikinci vətənimiz üçün darıxacağıq. Çünki Azərbaycanı hiss edirik. Bu ölkə bizim həyatımızın bir hissəsi olub. Burda evlənmişik, qızımız burda dünyaya gəlib, Azərbaycanda yaşamışıq. Bu ölkə həmişə ürəyimizdə yaşayacaq. Təşəkkürlər Azərbaycan".

Qeyd edək ki, D. Silva "Keşlə" ilə yanaşı, "Xəzər Lənkəran" və "Neftçi"də də çıxış edib





Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı