7 aprel 2026. Çərşənbə axşamı

Bundan da yaxşı nəticələrimiz olacaq


Bundan da yaxşı nəticələrimiz olacaq
“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın XVII turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
“Bu gün bir xal qazandıq, komandamı təbrik etmək olar. “Zirə” topla möhtəşəm oynayan kollektivdir. Futbolçularım çətin matçda xal qazandılar. Heyətimiz yerli oyunçulardan qurulmasına baxmayaraq, rəqiblərlə çəkinmədən mübarizə aparırıq. “Zirə”dən bir xal almağımız hər şey demək deyil. Amma sevindirici odur ki, heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar. Belə görüşlərin sayı çox olsa, futbolçular daha yaxşı inkişaf edərlər”.
 
Əsgərli çempionatın son 5 turunda məğlub olmamalarına da münasibət bildirib: “Gənc, təcrübəsiz heyətimiz var. Mövsümün əvvəlindəki zəif nəticələr bu mənada başadüşülən olmalıdır. Oyundan-oyuna komandamızın təcrübəsi artır. İnanıram ki, bundan da yaxşı nəticələrimiz olacaq. Çünki çox perspektivli futbolçularımız var”.






Misli Premyer liqa

“Neftçi” 3 xalı 3 qolla qazandı
  • Misli Premyer liqa
  • 23:59 05.04.2026
“Neftçi” 3 xalı 3 qolla qazandı
“Qəbələ” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 18:53 05.04.2026
“Qəbələ” “Kəpəz”i məğlub etdi
Kadidən 40-cı qol
  • Misli Premyer liqa
  • 14:33 04.04.2026
Kadidən 40-cı qol
18 ildən sonra: Tarixdə 3-cü dəfə
  • Misli Premyer liqa
  • 14:13 04.04.2026
18 ildən sonra: Tarixdə 3-cü dəfə
“Zirə”dən 25-ci qələbə
  • Misli Premyer liqa
  • 14:00 04.04.2026
“Zirə”dən 25-ci qələbə
“Sabah”dan 50-ci qol
  • Misli Premyer liqa
  • 13:51 04.04.2026
“Sabah”dan 50-ci qol
"Zirə" səfərdə "Turan Tovuz"u məğlub etdi
  • Misli Premyer liqa
  • 19:39 03.04.2026
"Zirə" səfərdə "Turan Tovuz"u məğlub etdi