7 aprel 2026. Çərşənbə axşamı

Komandaya bir neçə futbolçu dəvət etmək fikrimiz var


Komandaya bir neçə futbolçu dəvət etmək fikrimiz var
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turunun “Qəbələ” (1:0) ilə oyunundan sonra açıqlama verib. Corner.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
 
“Tanınmış jurnalistimiz Elvin Rüstəmov dünyasını dəyişib. Allah rəhmət eləsin! Yaxınlarına başsağlığı verirəm. Təəssüf ki, bu yaşda belə hadisə verdi. 
 
Nəticə bizim üçün çox önəmli idi. Sonlara doğru komandada psixoloji gərginlik var idi. Ümumilikdə komandam çox yaxşı mübarizə apardı. Qələbə qazanmaq üçün çox yaxşı çıxış etdilər. Son günlər yaxşı formada olan komandaya qarşı mübarizə apardıq. Çox vacib 3 xal qazandıq. Komandamı təbrik edirəm. Əfsuslar olsun ki, atmosfer o qədər də yaxşı deyildi. Azarkeşlərin sayı çox az idi. Bu, bizim işimizdir. Maksimum məsuliyyətli olmalıyıq.
 
Ola bilsin ki, komandada yorğunluq var idi. Motivasiya bir o qədər yox idi. Avrokuboklarda çox azarkeş qarşısında oynayırıq. Bu gün onların sayı az idi. Futbolçuları motivasiya edən onlardır. Bütün hallarda vəziyyəti daha da yaxşılaşdırmalıyıq. Hər oyun bizim üçün çox vacibdir. 
 
Qış fasiləsində komandanın gücləndirilməsi istiqamətində işlər gedir. Bir neçə futbolçunu komandaya dəvət etmək fikrimiz var.
 
4 komandadan 2-si finala vəsiqə qazanacaq. Hansı güclüdürsə, o da finala adını yazdıracaq”.






Misli Premyer liqa

“Neftçi” 3 xalı 3 qolla qazandı
  • Misli Premyer liqa
  • 23:59 05.04.2026
“Neftçi” 3 xalı 3 qolla qazandı
“Qəbələ” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 18:53 05.04.2026
“Qəbələ” “Kəpəz”i məğlub etdi
Kadidən 40-cı qol
  • Misli Premyer liqa
  • 14:33 04.04.2026
Kadidən 40-cı qol
18 ildən sonra: Tarixdə 3-cü dəfə
  • Misli Premyer liqa
  • 14:13 04.04.2026
18 ildən sonra: Tarixdə 3-cü dəfə
“Zirə”dən 25-ci qələbə
  • Misli Premyer liqa
  • 14:00 04.04.2026
“Zirə”dən 25-ci qələbə
“Sabah”dan 50-ci qol
  • Misli Premyer liqa
  • 13:51 04.04.2026
“Sabah”dan 50-ci qol
"Zirə" səfərdə "Turan Tovuz"u məğlub etdi
  • Misli Premyer liqa
  • 19:39 03.04.2026
"Zirə" səfərdə "Turan Tovuz"u məğlub etdi