7 aprel 2026. Çərşənbə axşamı

Ədalətli nəticə heç-heçə idi


Ədalətli nəticə heç-heçə idi
"Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 17-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
“Maraqlı və həyəcan dolu bir oyun gördük. İki məğlubiyyətdən sonra komandanı toparlamaq çətin idi. Açığı deyim ki, taktikada da dəyişiklik etmişdik. Komandamın hansı gücə malik olduğunu bilirdim. Ümumillikdə bu gün komanda yaxşı mübarizə apardı, döyüşdü. Rəqibə əks-hücumda iki top da vurduq. Çalışırıq ki, komandanı bir az dirçəldək, fasiləyə qədər nə bacarırıqsa, xal toplayaq. Qışda cəlb olunacaq futbolçularla yeni bir komanda formalaşacaq. Azarkeşlərimiz bu gün heç-heçəyə də sevindilər. Onların sevinci bizim üçün hər şeydir. Gəncə futbol beşiyidir. Burada hamı futbolu daha yaxşı başa düşür. Azarkeşlərimizi bu bir xal ilə sevindirə bildik. Nəticə də layiqli oldu. Hər iki komanda qalib gələ bilərdi. Ədalətli nəticə heç-heçə idi”.






Misli Premyer liqa

“Neftçi” 3 xalı 3 qolla qazandı
  • Misli Premyer liqa
  • 23:59 05.04.2026
“Neftçi” 3 xalı 3 qolla qazandı
“Qəbələ” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 18:53 05.04.2026
“Qəbələ” “Kəpəz”i məğlub etdi
Kadidən 40-cı qol
  • Misli Premyer liqa
  • 14:33 04.04.2026
Kadidən 40-cı qol
18 ildən sonra: Tarixdə 3-cü dəfə
  • Misli Premyer liqa
  • 14:13 04.04.2026
18 ildən sonra: Tarixdə 3-cü dəfə
“Zirə”dən 25-ci qələbə
  • Misli Premyer liqa
  • 14:00 04.04.2026
“Zirə”dən 25-ci qələbə
“Sabah”dan 50-ci qol
  • Misli Premyer liqa
  • 13:51 04.04.2026
“Sabah”dan 50-ci qol
"Zirə" səfərdə "Turan Tovuz"u məğlub etdi
  • Misli Premyer liqa
  • 19:39 03.04.2026
"Zirə" səfərdə "Turan Tovuz"u məğlub etdi