7 aprel 2026. Çərşənbə axşamı

Sabah'dan xal itkisi, Sumqayıt'dan ikinci qələbə


Sabah'dan xal itkisi, Sumqayıt'dan ikinci qələbə

Misli Premyer Liqasında XVII turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Kəpəz” doğma meydanda “Sabah”la qarşılaşıb. Dörd qolun və bir qırmızı vərəqənin qeydə alındığı bu gərgin matçda tərəflər hərəyə 1 xalla kifayətlənib. Nəticədə lider "Qarabağ"ın əsas izləyicisi növbəti xal itkisi ilə üzləşib.

Günün digər matçında isə “Sumqayıt” doğma meydanda “Səbail”lə üz-üzə gəlib. Bu oyunda isə meydan sahibləri inamlı qələbə qazanıb. Ötən tura qədər qələbəyə həsrət olan sumqayıtlıların ardıcıl ikinci qələbəsinə sevinib.

Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Qəbələ”yə 1:0 qalib gəlibsə, “Şamaxı” - “Zirə” matçında hesab açılmayıb. Tura sabah keçiriləcək “Turan Tovuz” - “Neftçi” oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XVII tur
14 dekabr

“Kəpəz” – “Sabah” 2:2
Qol: A.Şuaybu, 35; 73 - C.L.Mikels, 34. A.Kaşuk, 88.
Qırmızı vərəqə: C.Nuriyev, 90+1.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Cavid Cəlilov.
Gəncə şəhər stadionu, 14:00.

“Sumqayıt” – “Səbail” 2:0
Qol: S.Pereyra, 9. V.İsgəndərli, 54.
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə.
“Sumqayıt Arena”, 19:00.







Misli Premyer liqa

“Neftçi” 3 xalı 3 qolla qazandı
  • Misli Premyer liqa
  • 23:59 05.04.2026
“Neftçi” 3 xalı 3 qolla qazandı
“Qəbələ” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 18:53 05.04.2026
“Qəbələ” “Kəpəz”i məğlub etdi
Kadidən 40-cı qol
  • Misli Premyer liqa
  • 14:33 04.04.2026
Kadidən 40-cı qol
18 ildən sonra: Tarixdə 3-cü dəfə
  • Misli Premyer liqa
  • 14:13 04.04.2026
18 ildən sonra: Tarixdə 3-cü dəfə
“Zirə”dən 25-ci qələbə
  • Misli Premyer liqa
  • 14:00 04.04.2026
“Zirə”dən 25-ci qələbə
“Sabah”dan 50-ci qol
  • Misli Premyer liqa
  • 13:51 04.04.2026
“Sabah”dan 50-ci qol
"Zirə" səfərdə "Turan Tovuz"u məğlub etdi
  • Misli Premyer liqa
  • 19:39 03.04.2026
"Zirə" səfərdə "Turan Tovuz"u məğlub etdi