9 avqust 2026. Bazar günü

Abbasovun 250-ci oyunu


Abbasovun 250-ci oyunu
Ürfan Abbasov “Qəbələ”də 250-ci oyununu keçirib. Corner.az xəbər verir ki, 30 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XVII turuna təsadüf edib. O, “Qarabağ”la səfər qarşılaşmasında (0:1) sonradan meydana çıxıb.
 
Ürfan “Qəbələ”nin tarixində ən çox oyun keçirən futbolçudur. O, 250 matçda 4 qola imza atıb. Müdafiəçi Premyer Liqada 204, Azərbaycan kubokunda 31, avrokuboklarda 15 dəfə şans qazanıb. Abbasovun bütün qolları çempionata təsadüf edib.
 
Futbolçu “Qəbələ”də 2011/12 mövsümündə debüt edib. O, 2012-ci il fevralın 21-də “Xəzər Lənkəran”la ev görüşündə (2:1) meydana çıxıb.
 
Xatırladaq ki, “Qarabağ”la matç zədə üzündən əməliyyat olunduğu üçün uzun müddət meydanlardan kənar qalan müdafiəçinin Misli Premyer Liqasının cari mövsümündə ilk oyunu olub.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı