5 noyabr 2026. Cümə axşamı

Turan Tovuz'la Sabah kubok oyunlarına görə cərimələndi


Turan Tovuz'la Sabah kubok oyunlarına görə cərimələndi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
“Kəpəz” - “Turan Tovuz” oyununda “Turan Tovuz”un 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
 
“Səbail” - “Sabah” oyununda “Sabah”ın futbolçusu Nicat Mehbalıyev oyunun 12-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klubu 200 manat cərimə edilib.
 
“Səbail” - “Sabah” oyununda “Sabah”ın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.






Misli Premyer liqa