18 mart 2026. Çərşənbə

Rəqibin müdafiəsini yara bilirdik, amma...


Rəqibin müdafiəsini yara bilirdik, amma...
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 17-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra təşkil edilən mətbuat konfransında bunları söyləyib:
 
“Yenə şəhidimiz var. “Neftçi”nin əməkdaşı da dünyasını dəyişib. Çox üzücüdür. Allah rəhmət eləsin! Azarkeşlərimizə təşəkkür edirəm. Bəlkə də, ən yaxşı oyunumuzu oynadıq. Getdikcə inkişafı görürdük. Təəssüf ki, oyunu xalsız başa vurduq. Futbolçularıma təşəkkür edirəm. Qarşıda çətin kubok matçımız var. Ona hazırlaşacağıq. İtkilərimiz var. Bir şey fikirləşib, tam hazır olmağa çalışacağıq. Əsas “Kəpəz”lə matçdır. Bir az üstünlüyümüz var. Maraqlı oyun olacaq.
 
“Neftçi” təcrübəli komandadır. Penaltidən qol buraxdıq. Bu gün VAR dəqiq baxır. Hətta yıxılanda belə əlini qoymalısan. Bununla ikinci dəfə qarşılaşırıq. Daha diqqətli olmalıyılq. Belə oyunlar olur. Əsas odur ki, gələcək matçlar üçün işıq görünür. Daha yaxşı ola bilərik.
 
Qalib gəlmək istəyirsənsə, epizodları dəyərləndirməlisən. Xüsusən, “Neftçi” kimi komandaya qarşı. Rəqibin müdafiəsini yara bilirdik. Sadəcə, son nöqtəni qoymaq çatmadı”.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi