27 iyul 2026. Bazar ertəsi

İki kapitan, iki yubiley


İki kapitan, iki yubiley
Misli Premyer Liqasının XVII turu iki futbolçunun ölkə çempionatında 350-ci oyununu keçirməsi ilə əlamətdar olub. Corner.Az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev “Qəbələ” (1:0), “Sumqayıt”ın arxa xətt oyunçusu Vurğun Hüseynov “Səbail”lə qarşılaşmada (2:0) yubileyini qeyd edib. Hər iki kapitan 350-ci görüşünü doğma meydanda keçirib.
 
Bununla da 1992-ci ildən keçirilən yarışda 350 və daha çox oyuna çıxanların sayı 12-yə çatıb. Maksimlə Vurğuna qədər 10 futbolçu buna nail olub.
 
Debütü 2006/07 mövsümünə təsadüf edən Maksim bu müddətdə 12 qol vurub. 33 yaşlı müdafiəçi yalnız “Qarabağ”da forma geyinib. O, bir klubda ən çox oyun keçirən futbolçudur.
 
İlk oyunu 2005/06 mövsümünə təsadüf edən Vurğunun hesabında 10 qol var. 34 yaşlı müdafiəçi debüt etdiyi “Turan” və indi şərəfini qoruduğu “Sumqayıt”dan başqa “Qəbələ”də də çıxış edib.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu