27 iyul 2026. Bazar ertəsi

Araz Naxçıvan Zaqatala'ya məğlub oldu


Araz Naxçıvan Zaqatala'ya məğlub oldu

Futbol üzrə Azərbaycan I Divizionunda 15-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

“Şamaxı” ilə “Zirə”nin əvəzedicilərinin oyununda meydan sahibləri çətin qələbə qazanıb. “Kəpəz”in ikinci komandası da “Sumqayıt”ın əvəzedicilərini məğlub yola salıb. “Mingəçevir” səfərdə “Səbail”in əvəzedici komandasının qonağı olub və 3 cavabsız qolla uduzub. Lider “Araz Naxçıvan” isə səfər “Zaqatala” ilə bacarmayıb.

I Divizion
15-ci tur
17 dekabr

Şamaxı-2 – Zirə-2 2:1
Qol: Emil Qasımov, 18. Bəhruz Teymurov, 60 – Tuncay Hacıyev, 87.
Hakimlər: Elvin Bayramov, Rasim Axundov, Gülnurə Əkbərzadə, Şamil İmanzadə
Şamaxı şəhər stadionu, 14:00

Kəpəz-2 – Sumqayıt-2 3:1
Qol: Rauf Əliyev, 31; 89. Nicat Məmmədov, 54 – Said Əliyev, 2.
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Zakir Şükürzadə, Kamil Aydınov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00

Zaqatala – Araz Naxçıvan 2:1
Qol: Roini İsmayılov, 73. Emin Quliyev, 80 – Bayraməli Qurbanov, 8.
Hakimlər: Namiq Bəkirov, Kərim Zeynalov, Taleh Məmmədov, Mahmud Bağırzadə
Zaqatala OİK stadionu, 14:00

Səbail-2 – Mingəçevir 3:0
Qol: Balamirzə Soltanov, 1. Elvin Valiiev, 30. Zeynəddin Abdurahmanov, 66.
Hakimlər: Tural İbrahimov, Rəhman Aslanov, Aydın Bəxşiyev, Kamranbəy Rəhimov
“ASCO Arena”, 15:00

Turun əvvəlki oyunlarında qeydə alınan nəticələr:

Qarabağ-2 – Qəbələ-2 1:1
Neftçi-2 – MOİK 1:2







Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu