23 iyun 2026. Çərşənbə axşamı

Qarabağ'a qalib gəlmək bizə xoşdu


Qarabağ'a qalib gəlmək bizə xoşdu
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun 1/4 finalında "Qarabağ"la cavab oyununu şərh edib. Corner.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəlib, mərhələ adladıqları (ilk görüş - 2:2) qarşılaşmadan sonra bunları deyib:
 
"Qarabağ"a qalib gəlmək komanda olaraq bizə xoşdur. Düşünürəm ki, yaxşı, maraqlı, dinamik oyun izlədik. Hər iki komanda qələbəyə layiq idi. Futbolçularımı təbrik edirəm. Tək kubok yox, çempionata da diqqət ayırmalıyıq. Uğurlu yerlərdən birinə sahib çıxmaq lazımdır.
 
Əvvəlki oyunların statistikası ilə yaşamırıq. İlk matçdan sonra komanda olaraq inanırdıq. Bu gün futbolçular davamını gətirdilər. Uşaqların əməyi çox böyükdür. Yaxşı dincəlib, qarşıdakı çempionat oyununa hazırlaşacağıq.
 
Hələ növbəti rəqib barədə düşünmürük. Bərpa olunub, çempionat matçına hazırlaşmalıyıq. İli yaxşı başa vurmaq istəyirik".
 






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı