23 iyun 2026. Çərşənbə axşamı

Qarabağ'la Sabah kubokda mübarizəni dayandırdı


Qarabağ'la Sabah kubokda mübarizəni dayandırdı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları keçirilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Günün ilk görüşündə "Qəbələ" doğma meydanda "Qarabağ"la qarşılaşıb. İlk oyunda qalib müəyyənləşməmişdi - 2:2. Cavab görüşündə minimal hesabla qələbə qazanan "Qəbələ" "köhlən atlar"ı kubokdan kənarlaşdırmağa nail olub.

Digər matçda isə "Sabah" doğma meydanda "Səbail"i qəbul edib. “Dənizçilər"  evdə baş tutan ilk oyunda 3:2 hesabı ilə qələbə qazanmışdı. Cavab matçından da qalib ayrılan "Səbail" sürpriz şəkildə yarımfinala yüksəlib.

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu dekabrın 20-də olacaq. "Turan Tovuz" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.

Azərbaycan Kuboku
1/4 finalın cavab oyunları
19 dekabr

"Qəbələ" - "Qarabağ" 1:0
Qol: R.Maçado, 71.
İlk oyun – 2:2.
Qəbələ şəhər stadionu.

"Sabah" - "Səbail" 0:1
Qol: Qoba Zakpa, 73.
İlk oyun – 2:3.
"Bank Respublika Arena".







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı