10 aprel 2026. Cümə

Qəbələ kapitanı ilə yollarını ayırdı


Qəbələ kapitanı ilə yollarını ayırdı

Qəbələ komandası futbolçusu Cavid Hüseynovla yollarını ayırıb.

Corner.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu 2019-2020 mövsümündə “qırmızı-qaralar”ın formasını geyinməyəcək.

Komandamızın heyətində 2014/15 mövsümündə debüt edən yarımmüdafiəçi keçirdiyi 117 oyunda 20 qol vurub. Hüseynov Premyer Liqada 87 matçda rəqib qapılarından 15 top keçirib. Ölkə kubokunda 19 matça çıxan yarımmüdafiəçi 2 qola sevinib. O, UEFA Avropa Liqasının 11 görüşündə 3 dəfə fərqlənib. Oyunçu əyalət təmsilçisinin heyətində üç dəfə Premyer Liqanın mükafatını qazanıb. O, 2014/15 mövsümündə bürünc, 2016/17 və 2017/18 mövsümlərində gümüş medala yiyələnib. 2018/19 mövsümündə Azərbaycan kubokunu başı üzərinə qaldıran futbolçu 2016/17 və 2017/18 mövsümlərində yarışın finalçısı olub. Futbolçu keçirdiyi 117 matçdan 72-də meydana komandanın kapitanı kimi çıxıb.







Misli Premyer liqa

"Kəpəz" autsayderlə bacarmadı
  • Misli Premyer liqa
  • 17:38 10.04.2026
"Kəpəz" autsayderlə bacarmadı
AFFA “Turan Tovuz”u ağır cərimələyib
  • Misli Premyer liqa
  • 14:36 09.04.2026
AFFA “Turan Tovuz”u ağır cərimələyib
Son 4 mövsümün ən böyük hesabı
  • Misli Premyer liqa
  • 11:40 08.04.2026
Son 4 mövsümün ən böyük hesabı
XXI əsrin ən məhsuldar seriyası
  • Misli Premyer liqa
  • 11:13 08.04.2026
XXI əsrin ən məhsuldar seriyası
Amerikalıların 10-cu het-triki  - 35-ci legioner
  • Misli Premyer liqa
  • 11:04 08.04.2026
Amerikalıların 10-cu het-triki - 35-ci legioner
Felipedən 25-ci qol
  • Misli Premyer liqa
  • 10:57 08.04.2026
Felipedən 25-ci qol