5 noyabr 2026. Cümə axşamı

Qarabağ'ın 42 oyunluq seriyası qırıldı


Qarabağ'ın 42 oyunluq seriyası qırıldı
“Qarabağ”ın daxili yarışlarda məğlubiyyətsiz oyunlar seriyası başa çatıb. Corner.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qəbələ"yə 0:1 hesabı ilə uduzmasından sonra baş verib.
 
Bunadək 42 matçda yenilməyən "köhlən atlar" 43-cü görüşündə məğlubiyyət acısı yaşayıb.
 
"Qarabağ" bundan əvvəl sonuncu dəfə 2021-ci il oktyabrın 25-də Premyer Liqada “Səbail”ə 1:3 hesabı ilə uduzub. Bu isə o deməkdir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv təqribən 14 aydan sonra ölkədaxili yarışda məğlub olub.
 
Xatırladaq ki, "Qarabağ" beynəlxalq arenada son məğlubiyyətini isə bu il oktyabrın 27-də Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Fransada "Nant"dan alıb - 1:2.






Misli Premyer liqa