24 oktyabr 2024. Cümə axşamı

Ayxan Abbasov: Gərək daha soyuqqanlı olardı


Ayxan Abbasov: Gərək daha soyuqqanlı olardı

“Düşünürəm ki, hər iki komandanın azarkeşləri oyundan zövq aldı. Kubok matçları belə olur. Səfərdə qalib gəldiyimiz üçün üstünlüyümüz var idi. Erkən qol vurmaq istəyirdik. İki dəfə fərqləndik. Bir az taktiki, fərdi səhvlər etdik ki, rəqib bunlardan yararlandı”. Corner.az xəbər verir ki, bunu “Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasov deyib.

Tovuz təmsilçisi ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Kəpəz”i mübarizədən kənarlaşdırıb. Səfərdəki ilk görüşdə 2:1 hesablı qələbə qazanan “Turan Tovuz” öz meydanında bərabərliyə qalıb – 2:2.

Oyun barədə danışan Abasovun fikrincə, ikinci hissə nəticə üçün önəmli idi: “Təbrik edirəm. "Turan Tovuz"un yarımfianla çıxması böyük uğurdur. Püşk də yaxşı idi. "Şamaxı"nı səfərdə keçmişik. Onlar isə ikinci dövrədə "Qarabağ"dan başqa heç bir rəqibə uduzmayıb. Eyni gücdə komandalar idi. Azarkeşlərimizə təşəkkür edirəm. Çempionatda son oyunu keçirib, ikinci yarını fikirləşəcəyik". 

Baş məşqçi son dəqiqələrdə yaranan gərginliklə bağlı bunları deyib:

"Rəqibin futbolçusu qapıçımız Tərlan Əhmədliyə nəsə demişdi. Gərək daha soyuqqanlı olardı. Belə gözəl oyunun xoşagəlməz hadisə ilə yekunlaşmasını istəmirdik. Həmin dəqiqələrdə adrenalin yüksək səviyyədə olur. Böyük bir hadisə olmadı. Bu şeylər də futbolun bir gözəlliyidir".







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir