23 iyun 2026. Çərşənbə axşamı

Hər iki komanda gələcəyə ümid verir


Hər iki komanda gələcəyə ümid verir
"Qarşılaşmanın sonlarında penalti verilməli idi". Corner.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
 
51 yaşlı mütəxəssis görüşün sonlarında həmin epizoda dəfələrlə baxdıqlarını bildirib: "Hakim onu necə verməyə bilər? Bu, hələ də sual doğrurur. Artıq hər şey keçmişdə qalıb, kubok bizim üçün bitmiş sayılır. "Zirə" ilə çempionat oyununa hazırlaşmalıyıq. Yaxşı oynadıqları üçün futbolçularıma təşəkkür edirəm".
 
Əhmədov maraqlı oyun izlədiklərini sözlərinə əlavə edib: "İlk görüşdə 1:2 hesabı ilə uduzmuşduq. İstər-istəməz komandada bir az təzyiq var idi. İlk dəqiqələrdə həyacan, inamsızlıq hiss edilirdi. Qarşılaşmanın əvvəlində iki top buraxsaq da, geridönüş edə bildik. Hətta qalib də gələ bilərdik. Hər iki komanda gələcəyə ümid verir".






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı