27 iyul 2026. Bazar ertəsi

Turan Tovuz'la Neftçi yarımfinalda!


Turan Tovuz'la Neftçi yarımfinalda!

Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Corner..Az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Kəpəz”lə qarşılaşıb. Gəncədə baş tutmuş ilk oyunda tovuzlular əzmkar qələbə qazanmışdı. Dörd qolun qeydə alındığı cavab görüşündə isə qalib müəyyənləşməyib. Ümumi hesabda  üstün olan 'Turan Tovuz" yarımfinala yüksəlib.

Son oyun isə “Neftçi” doğma meydanda “Zirə”ni qəbul edib. Bu komandalar arasında Zirədə keçirilmiş ilk oyunda meydan sahibləri tək qolla qələbə qazanmışdı. Cavab görüşündə isə "ağ qaralar" həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Beləcə, "Neftçi" sonuncu yarımfinalçı olublar.

Xatırladaq ki, daha öncə “Qəbələ” “Qarabağ”ı (2:2, 1:0), “Səbail” isə “Sabah”ı (3:2, 1:0) mübarizədən kənarlaşdırmışdı. Beləliklə, yarımfinalda "Qəbələ" "Səbail"lə, "Turan Tovuz" isə "Neftçi" ilə qarşıllaşacaq.

Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
20 dekabr

“Turan Tovuz” – “Kəpəz” 2:2
Qol: Faiq Hacıyev, 15. Xəyal Nəcəfov, 16 - Fərid Nəbiyev, 32; 45+3.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamal Umudlu
Tovuz şəhər stadionu, 14:00.
İlk oyun - 2:1.

“Neftçi” – “Zirə” 3:1
Qol: Yeqor Boqomolski, 3. Emin Mahmudov, 45+1. Kenni Sayef, 95 - Loris Broqno, 89.
Matçın 110-cu dəqiqəsində Hamidu Keyta penaltidən yararlana bilməyib (qapıçı).
Qırmızı vərəqə: Təmkin Xəlilzadə, 120+1 (qırmızı vərəqə). Hacıağa Hacılı, 120+3.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Cavid Cəlilov.
Bakı. “Bakcell Arena”, 19:00.
İlk oyun - 0:1.







Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu