9 avqust 2026. Bazar günü

Kuboku qazanmaq üçün əla şansımız var


Kuboku qazanmaq üçün əla şansımız var

"Əsas favoritlər olan "Qarabağ"la "Sabah" mübarizəni dayandırdı. Düşünürəm ki, kuboku qazanmaq üçün əla şansımız var".

Corner.az-ın məlumatına görə, bunu "Neftçi"nin qapıçısı İvan Brkiç evdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu barədə "vecernji.hr" saytına açıqlamasında deyib.

Paytaxt klubu ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzsa da, ev qələbəsi sayəsində yarımfinala adlayıb.

"Ağ-qaralar"ın 7 ildir sözügedən titulu qazana bilmədiyini xatırladan xorvatiyalı qolkiper bu mövsüm tilsimi qırmaq istədiklərini gizlətməyib: "Bunun üçün olduqca motivasiyalıyıq".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Kubokunun yarımfinalında "Turan Tovuz"la qarşılaşacaq.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı