11 may 2026. Bazar ertəsi

Hücumları tamamlamaqda çətinlik çəkdik


Hücumları tamamlamaqda çətinlik çəkdik
Premyer Liqanın 18-ci turunun “Qəbələ” – “Turan Tovuz” oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Corner.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
 
“İlin son oyunu idi. Bilirdik ki, ağır matç olacaq. “Turan Tovuz” əzmkar, yaxşı komandadır. Kubok görüşündən sonra tonus baxımından çətin olacağını bilirdik. Çox güc sərf etmişdik. Düşünülmüş hücumlarımız oldu. Sadəcə tamamlamaqda çətinlik çəkdik. Mövsüm uzundur, futbolçulara da ruhdan düşməməyi tapşırdıq. İkinci yarıda komanda daha yaxşı olacaq. Futbolçularıma təşəkkür edirəm. Sonadək oyun nizam-intizamından qopmadılar. Hələ kubokda heç nəyə nail olmamışıq. “Qarabağ”ı keçmək böyük güc tələb edir”.






Misli Premyer liqa

“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 18:01 09.05.2026
Premyer Liqada 200-cü oyun
“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi