11 may 2026. Bazar ertəsi

Nəticələrimiz pis deyil


Nəticələrimiz pis deyil
"Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 18-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 0:0 hesabı ilə bitən oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
"Xal qazanmaq istəyirdik. Həqiqətən də futbolçularımla buraya bu inamla gəlmişdik. Çox sevinirəm ki, bu yorğunluqda, sıx qrafikdə 1 xal da olsa, qazana bildik. "Qəbələ"nin son oyunlarda yaxşı formada olduğunu bilirdik, "Qarabağ" kimi komandanı kubokdan kənarlaşdırmağı bacarmışdı. Çətin olacağını bilirdik. Birinci hissədə gümrah idik, epizodlarımız da oldu. İkinci hissədə yorğunluq özünü göstərdi. Mübarizəli oyun oldu. Qapımız qarşısında təhlükəli vəziyət vermədik. Xal ehtiyatımızı artırdıq. Həm kubokda həm də çempionatdakı nəticələrimiz pis deyil. İstirahət edəcəyik, zədəlilərimiz qayıtsın, çalışacağıq tam heyətlə qış hazırlığını keçək. Ümid edirəm, fasilədən sonra daha yaxşı olar".






Misli Premyer liqa

“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 18:01 09.05.2026
Premyer Liqada 200-cü oyun
“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi