4 noyabr 2026. Çərşənbə

Gerye Qarabağ'dan getdi


Gerye Qarabağ'dan getdi
Qarabağ'ın futbolçusu Donald Gerye komandadan ayrılıb.

Corner.az-ın xəbərinə görə, bu barədə haitili futbolçu “İnstagram” hesabında məlumat verib. “Burada olmaq xoş idi. Hər şey üçün təşəkkürlər” yazan 30 yaşlı futbolçu Ağdam klubu ilə vidalaşıb.

Qeyd edək ki, 2017-ci ildən “Qarabağ”da çıxış edən Geryenin klubla müqaviləsi bu mövsümün sonunda başa çatmışdı. Klub rəhbərliyi müdafiəçiyə yeni sözləşmə təklif etsə, o, daha artıq pul istədiyindən tərəflər razılığa gələ bilməyib.





Misli Premyer liqa