27 iyul 2026. Bazar ertəsi

Neftçi'də Meza Kolli qayıtdı, 3 futbolçu hazırlıqdan kənarda qaldı


Neftçi'də Meza Kolli qayıtdı, 3 futbolçu hazırlıqdan kənarda qaldı
"Neftçi” PFK təlim-məşq toplanışına start verib. Corner.az xəbər verir ki, Türkiyənin Antalya şəhərinin Belek bölgəsindəki “Gloria Verde Resort” oteldə məskunlaşan komanda bu gün iki məşqə çıxıb.
 
Səhər və axşam hazırlıqlarında əsasən fiziki və toplu çalışmalar icra olunub. 3 futbolçu – yeni əməliyyat olunmuş Fərid Yusifli və zədəli Voyislav Stankoviçlə Eddi İsrafilov toplanışdan kənarda qalıblar. Əvəzində, zədə səbəbindən uzun müddətdir “Neftçi”dən uzaq qalan Sezar Meza Kolli komandanın hazırlıq prosesinə qoşulub.
 
Qeyd edək ki, komanda qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu