6 avqust 2026. Cümə axşamı

Daha bir futbolçu “Qəbələ”dən getdi


Daha bir futbolçu “Qəbələ”dən getdi

"Qəbələ" klubu daha bir yerli futbolçusu ilə yollarını ayırıb. 

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Urfan Abbasovla başa çatan müqavilə yenilənməyib. 

27 yaşlı futbolçu 2011/12 mövsümündən bölgə komandasında çıxış edir. O, bu müddətdə 220 matçda meydana çıxıb və üç dəfə fərlənib. Abbasov Premyer Liqada 177, kubokda 28, Avropa Liqasında 15 matça çıxıb. O, “Qəbələ”də keçirdiyi 8 mövsümdə Premyer Liqanın beş mükafatını qazanıb. Müdafiəçi 2016/17 və 2017/18 mövsümlərində gümüş, 2013/14, 2014/15 və 2015/16 mövsümlərində bürünc medala yiyələnib. Abbasov 2018/19 mövsümündə Azərbaycan kubokunun qalibi, 2013/14, 2016/17 və 2017/18 mövsümlərində finalçısı olub. 

Qeyd edək ki, "Qəbələ" daha öncə kapitanı Cavid Hüseynov və Elvin Camalovla da yollarını ayırıb. 







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı