23 iyun 2026. Çərşənbə axşamı

Şamaxı'nın oyunu güclü yağışa görə yarıda qaldı


Şamaxı'nın oyunu güclü yağışa görə yarıda qaldı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Şamaxı"nın Rumıniyanın "Botoşani" komandası ilə yoxlama oyunu yarımçıq dayandırılıb. Corner.az xəbər verir ki, qarşılaşma yağışlı və küləkli hava şəraitindən başa çatdırılmayıb.
 
Matçda əvvəlcə 36-cı dəqiqədə məcburi fasilə yaranıb. Leysan səbəbindən komandalar paltardəyişmə otağına yollanıblar. Yağıntı nisbətən səngidikdən sonra futbolçular meydana qayıdıblar. 67-ci dəqiqədə isə növbəti dəfə hava şəraiti kəskin pisləşdiyi üçün hakim görüşü saxlayaraq, oyunun bitdiyini elan edib.
 
Beləliklə, yarımçıq dayandırılan qarşılaşma rəqibin minimal hesablı üstünlüyü ilə yekunlaşıb – 1:0. Rumıniya təmsilçisi 51-ci dəqiqədə penaltidən vurduğu qol sayəsində qələbə qazanıb.
 
Xatırladaq ki, "Şamaxı" günün ilk matçında Qazaxıstan "Kaysar"ı ilə qolsuz heç-heçə etmişdi.






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı