6 aprel 2026. Bazar ertəsi

Hədəfimiz avrokuboklara düşməkdir


Hədəfimiz avrokuboklara düşməkdir
"Sabah”ın baş məşqçisi Murad Musayev Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Polşanın “Varta” (Poznan) komandasına qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan oyundan sonra bunları söyləyib:
 
“Yoxlama oyunu ilə rəsmi qarşılaşma arasında fərq görmürəm. Düzdür, bu cür görüşlərdə uduzmaq olar, amma konsentrasiyanı itirməməliyik. Futbolçu qələbə qazanmaq istəmirsə, gedib başqa idman növü ilə məşğul olsun. Nərd oyununda belə, qalib gəlmək istəyirəm.
 
Oyunun məzmunu və keyfiyyətindən razı qaldım. Matça nəzarət edir, qol fürsətləri yaradır, rəqibi təzyiq altında saxlayırdıq. İlin ilk oyunu olduğunu nəzərə alsaq, yaxşı təsir bağışladıq. Görüşün sonlarını nəzərə almasaq, hər şeydən razı qaldım. Futbolu qalib gəlmək üçün oynayırıq. Nəzarət 90 dəqiqə sənin tərəfində olursa, matçın sonlarında belə oynamamalısan. Qalan hər şey yaxşı idi".
 
Musayev transfer planlarından və cari mövsümdəki hədəflərindən də danışıb: “Hələlik transferlərdən uzağıq. Bizə uyğun gələn futbolçu yoxdur. İzlədiyimiz oyunçuların hansı mövqelərdə çıxış etdiklərini deməyəcəyəm. Hədəfimiz avrokuboklara düşməkdir. Mövsümün ilk hissəsini ümumilikdə yaxşı keçirdik. Keyfiyyət baxımından irəiyə doğru addım atmaq, daha da artırmaq istəyirik”.






Misli Premyer liqa

“Neftçi” 3 xalı 3 qolla qazandı
  • Misli Premyer liqa
  • 23:59 05.04.2026
“Neftçi” 3 xalı 3 qolla qazandı
“Qəbələ” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 18:53 05.04.2026
“Qəbələ” “Kəpəz”i məğlub etdi
Kadidən 40-cı qol
  • Misli Premyer liqa
  • 14:33 04.04.2026
Kadidən 40-cı qol
18 ildən sonra: Tarixdə 3-cü dəfə
  • Misli Premyer liqa
  • 14:13 04.04.2026
18 ildən sonra: Tarixdə 3-cü dəfə
“Zirə”dən 25-ci qələbə
  • Misli Premyer liqa
  • 14:00 04.04.2026
“Zirə”dən 25-ci qələbə
“Sabah”dan 50-ci qol
  • Misli Premyer liqa
  • 13:51 04.04.2026
“Sabah”dan 50-ci qol
"Zirə" səfərdə "Turan Tovuz"u məğlub etdi
  • Misli Premyer liqa
  • 19:39 03.04.2026
"Zirə" səfərdə "Turan Tovuz"u məğlub etdi