24 oktyabr 2024. Cümə axşamı

Qəbələ'dən Antalyada əzmkar qələbə


Qəbələ'dən Antalyada əzmkar qələbə
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” ikinci yoxlama oyununda qüvvəsini sınayıb. Corner.az xəbər verir ki, “qırmızı-qaralar” Almaniyanın “Lukenvalde” klubu ilə qarşılaşıb.
 
İki gün əvvəl Rumıniyanın “Sepsi” klubu görüşən (2:2) komandanın baş məşqçisi Elmar Baxşıyev bu dəfə start heyətində bir neçə gənc futbolçuya da şans verib.
 
“Qəbələ” matçı aşağıdakı “11-lik”lə başlayıb: Kristof Atanqana, Ruan Renato, Hüseyn Mürsəlov, Feras Abu Akal, Asif Məmmədov, Ramon Maçado, Gülağa Əsədov, Omar Hani, Felipe Santos, Andrey Strijak, Nicat Əliyev.
 
Qarşılıqlı hücumlarla keçən görüşdə hesabı Almaniya təmsilçisi açıb. Buraxılan qoldan sonra fəallığı artıran “qırmızı-qaralar” Gülağa Əsədovun fərqlənməsi ilə hesabı bərabərləşdirib. Fasiləyə bu hesabla yollanan komandaların heyətində dəyişiklər də olub. İkinci yarıda daha üstün oynayan “Qəbələ” Ramon Maçado və Felipe Santosun qolları ilə iki top önə keçib. Almaniya təmsilçisi bu qollardan birinin əvəzini çıxa bilib. Beləliklə, “qırmızı-qaralar” Antalya toplanışında ilk əzmkar qələbəsini qazanıb – 3:2.
 
Xatırladaq ki, “Qəbələ” toplanışda son matçını yanvarın 16-da Çexiya “Teplitse”sinə qarşı keçirəcək.
 
Yoxlama oyunu
13 yanvar
 
“Qəbələ” – “Lukenvalde” (Almaniya)– 3:2
Qol: Gülağa Əsədov, 30. Ramon Maçado, 57. Felipe Santos, 70.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir