18 mart 2026. Çərşənbə

Tam hazır deyilik - Ayxan Abbasov


Tam hazır deyilik - Ayxan Abbasov
"Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Qazaxıstanın “Jetısu” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Corner.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra PFL-in “Youtube” kanalına açıqlamasında bunları söyləyib:
 
“Budəfəki hazırlıq prosesi qısa olsa da, toplanışdan maksimum istifadə etməyə çalışdıq. Futbolçuların yenidən əvvəlki tempə uyğunlaşmasını istəyirdik. İlk yoxlama matçımız çətin keçdi. Bəzi futbolçulara bir az çox istirahət vermişdik. İlk maçda oynamadılar. Amma vaxt keçdikcə istədiyimiz tempə çata bildik. Bu gün bəzi oyunçularımız 90 dəqiqə meydanda qaldı. Bu da normaldır. Gələn həftə bizi “Qarabağ”la ağır oyun gözləyir. Digər oyunçularımızı dünən ikitərəfli matçda sınamışdıq. Yalnız Cavid Tağıyevin yüngül zədəsi var. Ümumi götürsək, futbolçularımızdan istədiyimiz nəticələri ala bildik”.
 
Baş məşqçi yeni transfer Denis Marandiçin çıxışına da toxunub: “Əzmkarlığı xoşumuza gəlir. Əvvəlki klubunda az oynadığı üçün futbol üçün darıxıb. Ona inanırıq. Ən xoş olan odur ki, qısa zamanda kollektivə uyğunlaşdı. Oyun planında bu sistemdə çıxış etmək Marandiçə yad deyil. Milli komandada bu sistemdə oynayıb. Məncə, yoxlama görüşlərində pis təsir bağışlamadı. Amma çempionat oyunlarında ona bir az ağır olacaq. 1-2 turdan sonra ideal formasına düşəcək”.
 
Antalyadakı təlim-məşq toplanışını dəyərləndirən 42 yaşlı mütəxəssis bildirib ki, kiçik zədələrdən sonra oyunlarda ağırlıq hiss olunurdu: “Mövsümün ikinci yarısına tam hazır deyilik. İnanıram ki, çempionatdakı iki turdan sonra hər şey qaydasına düşəcək. Adətən fasilədən sonra ilk matçlar çətin olur. Komandada rəqabət var. Bu, bizi sevindirir. Getdikcə daha yaxşı oynayacağıq”.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi