24 oktyabr 2024. Cümə axşamı

Qurban Qurbanov: Buna hazır deyildik


Qurban Qurbanov: Buna hazır deyildik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Polşanın "Poqon" komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Corner.az xəbər verir ki, o, 2:4 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
“Yaxşı oyun oldu. Komandanın tam hazır olmadığı göründü. Matça dinamik başladıq. Amma sonradan temp aşağı düşdü. Qarşımızda da çox möhkəm komanda var idi. Məncə, bu matçın qarşıdakı işimizə böyük faydası olacaq. Futbolçularımızın əvvəlki idman formalarını geri qaytarmalıyıq. Toplanışda yaxşı yoruldular. Əslində bunu da istəyirdik. Bu oyunda çatışmayan cəhətlərimizi tam gördük. Çempionata kimi bir həftə vaxtımız var. İstədiyimiz oyunu göstərmək üçün vaxt lazım olacaq”.
 
Baş məşqçi bildirib ki, ötən illə müqayisədə bu dəfə topanışda fərqli rəqiblər seçilib: "Belə oyunların xeyiri hər zaman çox olur. Toplanış vaxtı bir komandanın hazırlığının digərindən üstün olması böyük fərq edir. Sonda bizə sürəti daha da artırmaq lazım idi. Görünür, uşaqlar yorulublar, top itkiləri çox oldu. Hər komandada müəyyən müddət ciddi sıxıntılar olur. Həmin dönəmdə ayaqda qalmağı bacarmaq lazımdır. Sanki bizdə o vəziyyətdir. Düşünmədiyimiz zədələr, gedişlər oldu. Bəzi problemlər var. Bu dönəmdə çatışmazlıqları aradan qaldırmaq üçün düzgün, ağıllı addımlar atmalıyıq".
 
Qurbanovun sözlərinə görə, Şahruddin Məhəmmədəliyevin ağır zədə almasından sonra qapıçı mövqeyi üçün çox ciddi axtarışlar gedir: “Ən azı transfer pəncərəsi bağlananadək nəsə addım atmağa çalışacağıq. Fikrimizi başqa istiqamətə yönəltmişdik, indi tam fərqli yönə baxırıq. Bəlkə də buna hazır deyildik. Amma işimizdə belə hallar olur. Hələlik əlimizdəki oyunçularla irəliləyirik”.
 
Təcrübəli baş məşqçi əvəzedici heyətə göndərdiyi Qaspar Panaderonun durumuna da toxunub: "Bizimlə müqaviləsi var. Üzərimizə düşəni etməliyik. Amma Panadero əsas komandada olmayacaq. Bunu özünə də bildirmişik. Nə vaxt hansısa komanda istəsə, təmənnasız göndərməyə hazırıq. İndiki halda isə müqaviləyə əməl etməliyik".






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir