18 mart 2026. Çərşənbə

Sumqayıt rəhbərliyi Zəngilana səfər etdi


Sumqayıt rəhbərliyi Zəngilana səfər etdi
Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti, Azərbaycan Şahmat Federasiyası və “Sumqayıt” Futbol Klubunun birgə təşkilatçılığı ilə Zəngilan rayonu Ağalı kəndi tam orta məktəbində gənclərin idmana maraqlarının artırılması və sağlam həyat tərzinin təşviq edilməsi məqsədilə tədbir keçirilib.
 
Corner.az xəbər verir ki, tədbirdə Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov, “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyev, vitse-prezident Aydın Xəlilov, Müşahidə Şurasının sədri Abdulla Məmmədov, Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru Zeynəb Məmmədyarova və digər rəsmi şəxslər iştirak edib. 
 
Məktəblilərlə görüşdə Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov  ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan, şahmat oyunun fərqli düşünmənin, uzaqgörənliyin, təhlil etmə qabiliyyətinin və kreativliyin inkaşıfına müsbət təsirindən danışıb.
 
İşğaldan azad olunmuş ərazilərdə idmanın gələcək inkişafından danışan “Sumqayıt” FK-nın Prezidenti Riad Rəfiyev gənclərin fiziki sağlamlığının önəmini vurğulayıb. 
 
Sonda məktəblilərə şahmat üçün lazım olan lövhələr, kitablar, “Sumqayıt” FK tərəfindən isə idman formaları və toplar hədiyyə edilib.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi