23 iyun 2026. Çərşənbə axşamı

Tərlan Əhmədovun yubiley bərabərliyi


Tərlan Əhmədovun yubiley bərabərliyi
Misli Premyer Liqasının XIX turu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov üçün yubileylə əlamətdar olub. Corner.az xəbər verir ki, “Qəbələ” ilə Gəncədəki 2:2 hesablı heç-heçə 52 yaşlı mütəxəssisin ölkə çempionatında 50-ci bərabərliyi olub.
 
O, baş məşqçi kimi 4 klubda çalışıb. Əhmədovun rəhbərliyi altında 2014-17-ci illərdə AZAL 31, 2017/18 mövsümündə “Neftçi” 3 heç-heçə edib. 2018-20-ci illərdə “Şamaxı”da 9 bərabərliyə şahid olan mütəxəssis cari mövsüm “Kəpəz”də 7-ci heç-heçəni izləyib.
 
Əhmədov Azərbaycan çempionatları tarixində 50 və daha çox qarşılaşmada komandası bir xal qazanan 8-ci baş məşqçidir. Ən çox sülh Qurban Qurbanovun hesabındadır. Onun komandaları 111 dəfə meydandan bir xalla ayrılıb.






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı