30 yanvar 2026. Cümə

Həmin epizoddan sonra oyundan qopduq


Həmin epizoddan sonra oyundan qopduq

"Oyunun necə keçdiyini siz daha yaxşı gördünüz”. Corner.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının XIX turunda “Zirə”yə 1:1 hesabı ilə uduzduqları oyunu  şərh edərkən deyib.

Abasov komandasının ilk yarıda çox yaxşı oyun sərgilədiyini bildirib: “Rəqibə qol imkanları vermədik. Birinci hissə xoş təəssüratla ayrıldıq. Əfsuslar olsun ki, mərkəz müdafiəçimizi oyunda itirdik. Bu, komandaya təsir edəcək. Sözün əsl mənasında planlarımız pozuldu. Biz həmin epizoddan sonra oyundan qopduq. 3 yeni oyunçumuz bu gün meydanda oldu. Onların özünü göstərmələri çox vacib idi. Gələn oyunlarda daha yaxşı olacağına ümid edirik. Yeni transferlərimiz özünü doğrultdu”.

O, belə oyunlarda xal itirməmək lazım olduğunu vurğulayıb: “Maya qədər vaxtımız var. Sonda bir komanda liqadan uzaqlaşacaq. Belə oyunlarda xal itirməməlisən. Gənc oyunçularımız kifayət qədər çoxdur. Əlimizdən gələni etməliyik ki, hər şey qaydasında getsin. Bir mərkəz müdafiəçisi zədələnirsə, onu əvəz edən mərkəz müdafiəçisi olmalıdır. Həm yarımmüdafiədə, həm də müdafiədə boşluqlar özünü göstərdi. Əlimizdə olan futbolçularla mübarizə aparacağıq. Onlarla kifayətlənəcəyik”.







Misli Premyer liqa

“Sabah”dan "Şamaxı"ya
  • Misli Premyer liqa
  • 18:47 28.01.2026
“Sabah”dan "Şamaxı"ya
"Sabah" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 13:37 26.01.2026
"Sabah" onunla yollarını ayırıb
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi
  • Misli Premyer liqa
  • 20:53 23.01.2026
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi