23 iyun 2026. Çərşənbə axşamı

Qarabağ 19 il əvvəlki göstəricisini təkrarladı


Qarabağ 19 il əvvəlki göstəricisini təkrarladı
“Qarabağ” Misli Premyer Liqasının 2022/23 mövsümündə 50-ci qolunu vurub. Corner.az xəbər verir ki, yubiley XIX turun “Turan Tovuz”la oyununa (3:2) təsadüf edib. Qarşılaşmada komandasının ikinci qoluna imza atan Ramil Şeydayev yubiley topunun müəllifi olub. Ağdam klubu 50 qol həddinə 19 matçda çatmaqla son 18 ilin rekorduna imza atıb.
 
Belə məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. “Qarabağ” 19 qarşılaşmada 51 qol vurub. Tovuzdakı oyunda qol sayını 51-ə çatdıran Qurban Qurbanovun yetirmələri 19 il əvvəlki göstəricisini təkrarlayıb. Bu, klub tarixinin 19 tur üçün rekordudur.
 
Qeyd edək ki, ölkə çempionatları tarixində ilk 19 görüşdə ən çox qol vuran komanda “Kəpəz”dir. Gəncəlilər 1998/99 mövsümünün müvafiq hissəsində 66 qola imza atıb.






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı