26 iyul 2026. Bazar günü

Azarkeşlər iş vaxtı matça gəlməyə çətinlik çəkirlər


Azarkeşlər iş vaxtı matça gəlməyə çətinlik çəkirlər

"Azarkeşlərimizə təşəkkür edirəm. İş vaxtı olanda matça gəlməyə çətinlik çəkirlər. Amma bu gün bizi tək qoymadılar".

Corner.az-ın məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis görüşün özləri üçün çox vacib olduğunu bildirib: "Qələbə münasibəti ilə oyunçularımı təbrik edirəm. Bizim üçün vacib idi. Gələcək qarşılaşmalarda "Səbail"ə uğurlar arzulayıram. Biz isə "Qarabağ"la görüşə hazırlaşacağıq".

Əsgərli hər iki hissədə fərqli oyun nümayiş etdirmək istədiklərini vurğulayıb: "Fasilədə özümüzdə və rəqibdəki boşluqları oyunçulara izah etdik. Bəzən bunlardan istifadə etsək də, davamını gətirə bilmirik".

Baş məşqçi son olaraq transferlər barədə danışıb: "Axtarışlarımız davam edir. 1-2 mövqedə çatışmazlıqlar var. Gənc oyunçularla danışıqlar aparılır".







Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu