26 iyul 2026. Bazar günü

Muradov 100'ə çatdı


Muradov 100'ə çatdı
Rövlan Muradov “Qəbələ”də 100-cü oyununu keçirib. Corner.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın 19-cu turuna təsadüf edib.
 
O, “Kəpəz”lə səfər qarşılaşmasının 56-cı dəqiqəsində meydana daxil olub. Muradov klub tarixinə 100 və daha çox matç keçirən 11-ci futbolçu kimi düşüb.
 
Rövlan bu görüşlərdə 12 qol vurub. O, Premyer Liqada 85 (10 qol), kubokda 12 (1 qol), avrokuboklarda 3 (1 qol) dəfə meydana çıxıb.
 
Xatırladaq ki, Muradov yetirməsi olduğu “Qəbələ”də 2019-cu il mayın 11-də debüt edib. Onun ilk rəsmi matçı Premyer Liqada “Sumqayıt”a qarşı olub.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu