26 iyul 2026. Bazar günü

Şamaxı Səbail'ə, Sabah Neftçi'yə qalib gəldi


Şamaxı Səbail'ə, Sabah Neftçi'yə qalib gəldi

Misli Premyer Liqasında XIX tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Şamaxı” doğma meydanda “Səbail”lə qarşılaşıb. Bu oyunda meydan sahibləri əzmkar qələbə qazanıb.

Turun sonuncu və mərkəzi oyununda isə lider “Qarabağ”ın iki əsas izləyicisi - “Sabah”la “Neftçi” komandaları münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də meydan sahibləri 2 cavabsız qolla qalib gəlib.

Xatırladaq ki, daha öncə “Kəpəz” doğma meydanda “Qəbələ” ilə heç-heçəyə (2:2) razılaşıb, “Turan Tovuz” evdə “Qarabağ”a (2:3), “Sumqayıt” isə səfərdə “Zirə”yə (1:3) məğlub olub.

Misli Premyer Liqası
XIX tur
26 yanvar


“Şamaxı” - “Səbail” 2:1
Qollar: E.Qasımov, 58. A.Yunanov, 90-pen - Q.Zakpa, 33.

Şamaxı şəhər stadionu. Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, İslam Məmmədov.


“Sabah” – “Neftçi” 2:0
Qol: C.L.Mikels, 7-pen. A.Kaşuk, 37.
Masazır. "Bank Respublika Arena". 
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rauf Allahverdiyev.







Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu