26 iyul 2026. Bazar günü

Sabah üçün əlamətdar görüş


Sabah üçün əlamətdar görüş
Azərbaycan Premyer Liqasının 19-cu turu “Sabah” üçün əlamətdar olub. Corner.az xəbər verir ki, komanda “Neftçi” ilə oyunda qələbə qazanmaqla yanaşı, 150 qol həddini də keçib.
 
Murad Musayevin yetirmələrinin 2:0 hesabı ilə qalib gəldikləri görüşdəki ilk qolu komandanın Premyer Liqada 150-ci qolu kimi əlamətdar olub. Həmin topun müəllifi isə hücumçu Coy Lens Mikels olub. Almaniyalı forvard 7-ci dəqiqədə penaltidən hesabı açmaqla tarixə düşüb.
 
2018-19 mövsümündə yüksək liqada debüt edən “Sabah” 123 görüşdə aktivinə ümumilikdə 151 top yazdırıb. Komanda bunun 78-ni evdə, 73-nü isə səfərdə vurub.
 
Qeyd edək ki, “Sabah” Premyer Liqada ən azı 150 qol vuran 23-cü komandadı.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu