10 may 2026. Bazar günü

Samir Abasov ot örtüyündən şikayətləndi


Samir Abasov ot örtüyündən şikayətləndi
"Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 20-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Yaxşı oyun alındı. Komanda şəklində nə etdiyimizi bilirdik. Son dəqiqələrdə güclü təzyiqə məruz qaldıq. Yeni transferlər sona qədər ritmi saxlaya bilmədilər və bu, oyunumuza təsir etdi. Əks hücumlar qolla nəticələnsəydi, daha rahat olardıq. Sonluğun gəlməməsinin cavabı yoxdur. Bunu şanssızlığa bağlayıram. Ot örtüyü də sürüşkən idi. Bizim stadionlarda belə problemlər var. Məsələ otdadır. Su vuruldu-vurulmadı, ot ayağının altından qaçır. Bu, bizim üçün həddindən artıq əziyyətlidir. Son dəqiqələrdə gənclərə şans verdik. Məcburi dəyişikliklər oldu. Hər riskli vəziyyətdə gəncləri buraxsaq, yaxşı olar. Ehtiyat oyunçuların azlığı zədələrlə bağlıdır. 2-3 mərkəz müdafiəçimiz var, onlardan ikisi zədəlidir. Nə deyə bilərəm? Bu, azı 2-3 həftə çəkəcək”.
 
Baş məşqçi Riçard Qadze ilə vidalaşmalarının səbəbini də açıqlayıb: "Qadze sürətli hücumlar zamanı axsayırdı. Toplanışa gəlmədi, komandadan göndərdik".
 
Abasov yeni transferlər Kərim Abubakarın çıxışı və Kamran Əliyevlə müqavilənin yubanmasına da toxunub: "Abubakar çox çalışdı. Kamranla bağlı yaxın zamanda açıqlama olacaq. Məşqlərdə xoş təəssürat bağışlayır”.






Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 18:01 09.05.2026
Premyer Liqada 200-cü oyun
“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol