26 iyul 2026. Bazar günü

Qurban Qurbanov: Fevralın 2-nə kimi bu transferi bitirməliyik


Qurban Qurbanov: Fevralın 2-nə kimi bu transferi bitirməliyik
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
 
“Vacib 3 xal qazandıq. Amma istədiyimiz idman formasında deyilik. İstərdim ki, futbolçular topla daha düzgün, tez rəftar etsinlər. Təşkilatlanmış komandaya qarşı oynadıq. Komandam diqqətli çıxış etdi. Sadəcə, son qolda diqqətsizlik oldu. “Şamaxı”ya uğur arzulayıram. Futbolçularımı təbrik edirəm”.
 
O, hələlik komandasını Avropa Konfrans Liqasının pley-offunda qarşılaşacağı Belçika "Gent"i ilə oyunlara hazır hesab etmədiyini söyləyib: "Qarşıda bir neçə oyun var. Həmin matça heyəti tam müəyyənləşdirməyə, fiziki və texniki durumu yaxşılaşdırmağa çalışacağıq. İndi tam hazır deyilik”.
 
Mütəxəssis qapıçı transferi ilə bağlı məsələyə də toxujub: "Fevralın 2-dək sifariş ərizəsini UEFA-ya təqdim etməliyik. Ona kimi transferi yekunlıaşdırmağa çalışacağıq”.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu