23 iyun 2026. Çərşənbə axşamı

Kaş pis oynayıb qalib gələrdik


Kaş pis oynayıb qalib gələrdik
"Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 20-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
“Əvvəlki matçlarda bu qədər qol epizodu yaratmağımız yadıma gəlmir. Təəssüf ki, istifadə edə bilmədik. Bəzən yaxşı oynayıb məğlub olursan. Kaş pis oynayıb qalib gələrdik. Komandam yaxşı oyun göstərdi. Futbolçularımdan razı qaldım. Rəqibdən qat-qat üstün oyun nümayiş etdirdik. Oyunçularımızın əziyyətinə heyfim gəlir. Qarşıda hələ 16 tur var. Düşdüyümüz vəziyyətdən çıxmağa və turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmağa çalışacağıq. Bu məğlubiyyətdən sonra sonuncu pilləyə geriləməyimiz psixoloji gərginlik yaratmayacaq. Əksinə, bizi daha motivasiyalı edə, futbolçuları aqressivləşdirə bilər. Məhz bunun sayəsində hazırkı vəziyyətdən çıxa bilərik”.






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı