23 iyun 2026. Çərşənbə axşamı

Neftçi və Sabah'dan qələbə


Neftçi və Sabah'dan qələbə

Bu gün Misli Premyer Liqasında XX tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Qəbələ” doğma meydanda “Sabah”ı qəbul edib. Bu oyunda qonaqlar 3 xalı 3 cavabsız qolla qazanıb.

Turun sonuncu matçında isə “Neftçi” doğma meydanda “Zirə”ni qəbul edib. Meydan sahibləri bu oyunda 3 xalı tək qolla qazanıb.

Xatırladaq ki, daha öncə “Sumqayıt” “Turan Tovuz”a (2:1), “Qarabağ” “Şamaxı”ya (3:1), “Səbail” də “Kəpəz”ə (1:0) qalib gəlib.

Misli Premyer Liqası
XX tur
1 fevral

“Qəbələ” – “Sabah” 0:3
Qol: D.Volkov, 60. C.İrasabal, 70. C.L.Mikels, 89.
Qırmızı vərəqə: R.Renato, 28.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu, 15:00.

“Neftçi” – “Zirə” 1:0
Qol: V.Stankoviç, 52.
Qırmızı vərəqə: D.Gerye, 75.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Kamal Umudlu.
Bakı. “Bakcell Arena”, 17:30.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı