23 iyun 2026. Çərşənbə axşamı

Səbail'də yubiley


Səbail'də yubiley
Misli Premyer Liqasının XX turu “Səbail”in futbolçusu Cabir Əmirli üçün yubileylə əlamətdar olub. Corner.az xəbər verir ki, 26 yaşlı müdafiəçi çempionatda 100-cü oyununu keçirib.
 
Bu yubiley “Kəpəz”lə ev matçına təsadüf edib. Cabir 100 qarşılaşmada 2 qola imza atıb.
 
Müdafiəçi Premyer Liqada 2016/17 mövsümündə debüt edib. O, bu müddətdə 4 klubun formasını geyinib. “Keşlə”də 45 (1 qol), “Səbail”də 44 (1) dəfə şans qazanan arxa xətt oyunçusu “Sumqayıt”da 7, “Neftçi”də 4 oyuna çıxıb.
 
Bu qarşılaşmada 1:0 hesabı ilə qalib gələn Bakı klubu qələbəsiz oyunlar və məğlubiyyət seriyalarına son qoyub. Sonuncu dəfə 2022-ci oktyabrın 8-də “Sumqayıt”a 1:0 hesabı ilə qalib gələn “Səbail” 115 gündən sonra 3 xal qazanıb. Bu müddətdə 10 qələbəsiz matç keçirən komanda 2 heç-heçədən sonra ardıcıl 8 dəfə uduzub.






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı