24 oktyabr 2024. Cümə axşamı

HK sədri Neftçi – Zirə oyunundakı mübahisəli epizoddan danışdı


HK sədri Neftçi – Zirə oyunundakı mübahisəli epizoddan danışdı
"Əslində Geryenin epizodunda ən doğru qərar penalti və ikinci sarı ilə meydandan qovulma ola bilərdi. Çünki top hücumçuya çatmamışdı". Corner.az xəbər verir ki, bunu  "Report"a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək Premyer Liqanın XX turunda keçirilən “Neftçi” - “Zirə” (1:0) matçının 75-ci dəqiqəsində qonaqların futbolçusu Donald Geryenin qırmızı vərəqə aldığı epizodu dəyərləndirərkən deyib.
 
Türkiyəli mütəxəssisin fikrincə, baş hakim Rəşad Əhmədovun oyundankənar vəziyyət qərarı verdikdən sonra VAR-a baxaraq haitili müdafiəçini meydandan qovması doğru qərar deyildi: "Həmin oyunda hakimlərimiz ən az doğru olan seçimə üstünlük verdilər. VAR-dan istifadə edilən oyunlarla normal matçlar arasında fərq olur. “Neftçi” - “Zirə” görüşündə VAR tətbiq olunmasaydı, penalti və sarı vərəqə qərarı ola bilərdi. Çünki mövsümün əvvəlində ofsaydla bağlı qaydalar dəyişdirilib. Qəsdən geri oynamaq artıq fərqli təhlil edilir. “Neftçi”nin futbolçusu Mateus Saldanya ötürmə anında ofsaydda idi. Ancaq “Zirə”nin müdafiəçisi topu öz qapısına vursaydı, hamımız avtoqol sayılacağını bilirik”.
 
B. Şimşək hesab edir ki, həmin epizodda VAR-a müraciət olunmamalı idi: “Yan xətt hakimi bayrağını qaldırmışdı. VAR-dan istifadə olunan matçlarda meydançada aşkar səhv olub-olmadığına baxılır. Orada isə ofsayd qərarı verildiyindən, aşkar səhv sayılmır. “Neftçi”nin hücumçusunun rəqib müdafiəçisinə yaxın olduğunu nəzərə alsaq, ofsayd qərarının aşkar səhv olmadığını deyə bilərik. Yəni o epizoda VAR müdaxilə etməməli, baş hakim monitora baxmağa çağırılmamalı idi. Azərbaycanda isə Bahattin Duran və Tarık Onqunla çalışırıq. Onlarla da bu epizodu müzakirə etdik. Hər ikisi mənimlə eyni düşüncədədir. Hücumçu topa toxunmamış əl sifətə gəldiyindən, VAR-sız qarşılaşmada penalti göstərilə bilərdi".
 
Türkiyəli mütəxəssis “Neftçi” ilə qarşılaşmadan iki gün əvvəl “Zirə”yə seminar keçdiklərini xatırladıb: “Premyer Liqada 10 klubun 7-nə seminar keçmişik. “Zirə”də seminarda olmağımızın üzərindən heç 48 saat keçməmişdi. Rəşad Sadıqovun bəhs etdiyi epizodu həmin seminarda onlara izah etdim. Əgər VAR-a müraciət olunubsa, istənilən qərar verilə bilər. Bunu isə “Zirə”nin futbolçularına görüşdən cəmi iki gün əvvəl başa salmışam. Bizi çağıran klubların heç birinin istəyini geri çevirmirik”.
 
O, bir epizodda “Neftçi”nin qapısına penalti təyin olunmamasından şikayətlənən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun bu iradında haqsız olduğunu əlavə edib.
 
Şimşək “Qəbələ”nin müdafiəçisi Ruan Renatonun “Sabah”la görüşün (0:3) 27-ci dəqiqəsində meydandan qovulmasına da münasibət bildirib. AFFA Hakimlər Komitəsinin sədri baş hakim Vüqar Həsənlinin doğru addım atdığını vurğulayıb: “Qəbələ”nin futbolçusuna göstərilən vərəqələrdə ciddi problem görmürəm. İlk sarı qərarı doğru idi. İkinci epizod isə birbaşa qırmızı vərəqəlik hərəkət idi. Yəni birbaşa qırmızı göstərsəydi, yenə qərar doğru olacaqdı”.
 






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir