26 iyul 2026. Bazar günü

Bu gün daha nizamlı, əzmkar çıxış etdik


Bu gün daha nizamlı, əzmkar çıxış etdik
"Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 21-ci turu çərçivəsində qarşılaşdıqları "Qarabağ"la oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Hər iki komandanın ifasında maraqlı bir oyunun şahidi olduq. Bir komanda daha çox topa nəzarət edirdi. Biz də çalışırdıq ki, rəqibi əks-hücumda tutaq. Buna da açığı deyim ki, epizodlarla nail olurduq. Komandamın nizam-intizamlı, mübarizəli oyun nümayiş etdirməsi məni çox sevindirdi. Son görüşlərdə göstərdiyimiz oyuna görə turnir cədvəlində dayandığımız mövqedə olmağa bəlkə də layiq deyilik. Çətin anlar olur. Bu gün də kollektivin nə qədər çox inkişaf etdiyi, istəkli olduğu bir daha sübut olundu. Bu gün hər iki komanda bir xal qazandı. Çalışırıq ki, mövqeyimizi düzəldək. Bir xal da, bir xaldır. Əvvəlki iki turda "Qəbələ" ilə ilk hissədə, "Səbail" ilə ikinci hissədə yaxşı oynamışdıq. Bu gün daha nizamlı, əzmkar çıxış etdik. İş görərək bir xal qazandıq. Gəncə fanatlarını sevindirdik. Bu sevincə şərik olduğumuz üçün biz də xoşbəxtik”.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu