9 avqust 2026. Bazar günü

Neftçi daha bir futbolçusunu itirdi


Neftçi daha bir futbolçusunu itirdi
“Neftçi”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib. Corner.az xəbər verir ki, klubun baş həkimi Şaiq Zöhrablı yarımmüdafiəçi Rəhman Hacıyevin yenidən sıradan çıxdığını bildirib.
 
Onun sözlərinə görə, zədəsini yenicə sağaldan 30 yaşlı hücumameyilli oyunçunun dönüşü yubanacaq: “Rəhmanın sol baldır əzələsində dartılma var idi. Zədəsini sağaltmışdı, son zamanlar individual hərəkətlərə başlamışdı. Lakin iki gün əvvəl sağ baldır əzələsində ağrı hiss elədi. MRT müayinəsindən sonra sağ baldır əzələsində də dartılma aşkarlanıb. Bu üzdən yenidən müalicəyə başlanılıb. Hazırda vəziyyəti stabildir. 2-3 gündən sonra individual hərəkətlərə başlamasını planlaşdırırıq”.
 
Baş həkim əlavə edib ki, digər zədəli yarımmüdafiəçilər Eddi İsrafilov və Fərid Yusifli hazırda fiziki məşqçinin başçılığı altında kollektivdən ayrı hazırlaşırlar.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı