10 may 2026. Bazar günü

Hər iki komanda qələbəyə layiq oynadı - Elmar Baxşıyev


Hər iki komanda qələbəyə layiq oynadı - Elmar Baxşıyev
"Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyun haqda danışıb. Corner.az xəbər verir ki, o, 2:2 hesabıyla matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
 
“Maraqlı və intensiv oyun alındı. Hər iki komanda qələbəyə layiq oynadı. Təxmin edirdik ki, ağır oyun olacaq. Oyuna 2 gün qalmış Məqsəd İsayev və İsnik Aliminin səhhətlərində problemlər var idi. Komandama təşəkkür edirəm. Əzmkarlıq göstərdilər. Layiqli xal qazandıq.
 
Kobudluq yox idi. Futbol mübarizəni sevir. Futbolçularım mübarizədən çəkinmirdilər.
 
Oyunçularım məndən küsə bilməzlər. Mən onların hörmətini saxlayıram, onlar da mənim. Səhhətində problem var idi deyə, İsnik Alimiyə dedim ki, birbaşa paltardəyişmə otağına yollansın”.






Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 18:01 09.05.2026
Premyer Liqada 200-cü oyun
“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol